Bizim şirkətimiz

Dövlət Neft Fondu

17.05.11

Neft Fondunun yaradılmasının əsas məqsədi – Azərbaycanın neft sərvətlərinin ədalətli bölünməsinin təmin edilməsidir. Fondun əsas məqsədlərindən biri neftdən alınan gəlirin gələcək nəsillər üçün toplanmasıdır. Digər bir məqsəd indki nəsil üçün sosial ehtiyacların həlli və iqtisadi inkişafa nail olmaqdır.


Neft Fondunun gəlirlərindən biri isə qaçqın və məcburi köçkünlərin ictimai-məişət şəraitlərinin yaxşılaşdırılmasına yönəldilmiş tədbirlərin keçirilməsində istifadə olundu. Ayrılmış vəsaitlər hesabına məcburi koçkünlərə ev və işlə təmin etmək məqsədi ilə yeni evlər, ictimai-mədəniyyət obyektlər tikildi, ictimai və texniki infrastruktur quruldu. Bundan əlavə Neft Fondunun ehtiyatları dövlətin siyasi, iqtisadi və strateji marağı olan Baki-Tbilisi-Ceyhan neft boru kəmərinin tikintisinin bir hissesinə ayrılıb. Ümumi uzunluğu 1768 km olan boru kəmərinin 443 km Azərbaycan, 249 km Gürcüstan, 1076 km Turkiyə ərazisindən keçir. Ümumi gücü ildə 50 mln ton və ya sutkada 1 mln barrel təşkil edir.
 

Bundan əlavə, Dövlət Neft Fondu Oğuz-Qəbələ zonasından Azərbaycan paytaxtı – Bakı şəhərinə su kəmərinin çəkilməsinə də vəsaitlər ayırıb.Həmin layihənin əsas məqsədi Oğuz-Qəbələ zonasının yeraltı sularını Bakıya yönləndirməklə şəhəri içməli su ilə təmin edilməsini olduqca yaxşılaşdırmaq idi.
 

Neft Fondu hesabına maliyyələşən digər layihələri nəzərinizə çatdırırıq:
1. Bakı və Sumqayıtın su təchizatını möhkəmləndirmək və hidroelektrik stansiyasının tikintisinə imkan yaradan Samux-Abşeron meliorasiya sisteminin yenidən qurulması
2. Bakı – Tbilisi – Kars yeni dəmir yol xəttinin tikintisi layihəsi.
3. Azərbaycan gənclərinin xaricdə təhsili proqramına vəsaitlərin ayrılması.


Fond Azərbaycanın 2003-cü ildə daxil olduğu “Hasil edilən sahələrdə şəffaflıq təşəbbüsü” proqramının ölkədə tətbiq olunmasının aktiv iştirakçısıdır.