Vakansiyalar

Biz hesab edirik ki, şirkətin əsas sərvəti onun əməkdaşlarıdır.


Savadlı peşəkarlar və mütəxəssislər – məhz onlar şirkətin uğurlu inkişafının təminatıdır.


Biz Socar Energy Ukraine şirkətinin hər əməkdaşına öz peşə potensialını, mütəxəssis kimi kadr səviyyəsini yüksəltməyə imkan veririk.


Bununla bərabər, biz hər zaman əməkdaşlarımızı layiqli əmək haqqı və sosial paketlə təmin etməyə hazırıq. Buna baxmayaraq, biz seçim və müsabiqənin bütün mərhələlərini işə yalnız mütəxəssisləri götürmək məqsədi ilə keçiririk.


Biz vakant vəzifələrə əməkdaşları seçərkən ilk növbədə onun peşəkar göstəriciləri, iş təcrubəsi və şəxsi keyfiyyətlərdən fəal, məqsədə nail olmaq, daim bilik və bacariğini artirmaq, yeni fikirlər təklif etmək və bununla bela özunü və şirkəti yeni mərhələlərə qaldırmaq kimi məqamlara qiymət veririk.


Şirkətin hər bir əməkdaşı professional hazırliq kursu, daxili və xarici treninq, seminar, konfrans və ya muxtəlif proqramlarda iştirak edə bilər.
 

Şirkətimizin bütün mütəxəssisləri lazımi iş şəraitləri ilə, texniki yardım və məlumat ilə təmin edilir. Daimi əməkdaşlarımız üçün şirkətdə faəliyyətindən asılı olaraq bizim İnsan Resursları mütəxəssislərinin hazırladığı motivasiya sistemi tətbiq edilir.

 

Diqqət! Açıq vakansiyalar:

1. Satış üzrə menecer

Tələblər: 

  • Yaş - 22-35
  • Ali iqtisadi təhsil
  • Pərakəndə satış və ya əlaqəli sahədə 3 il iş təcrübəsi (YDM-də qeyri neft məhsulları).
  • Bilikləri: Word, Excel, 1C Товаровед, 1C Бухгалтерия, eləcə də  - ticarət və təchizatın əsaslarını bilməsi tələb olunur



2. Tikintiyə texniki nəzarət üzrə mühəndis

Tələblər: 

  • Ali təhsil, ən azı 2 il texniki nəzarətçi (yanacaq doldurma stansiyalarının tikintisi) iş təcrübəsi;
  • ixtisas artırma sertifikatları (üstünlük)
  • yüksək səviyyədə kompyuter biliyi, internet və avtomobilin olması vacibdir.

Əsas vəzifələri: 

  • hazırlıq Gask / BİA yerinə yetirmək üçün bəyannamə / icazə alınması
  • Regionlarda tikintiyə texniki nəzarət (həcmi, müddəti, keyfiyyət, forma KB-2v):  

                - Çerkassı vilayəti, Uman Rayonu (iki obyekt). 

                - Jitomir vilayəti, Novoqrad Volın rayonu (iki obyekt).   
                - Xerson vilayəti, Belozerski Rayonu (iki obyekt).  
                - Zakarpatiya vilayəti, Ujqorod rayonu (iki obyekt).. 

  • materialların keyfiyyətinin sıradan çıxması ilə əlaqədar onların əvəz edilməsi üçün operativ qərar qəbul etmək
  • okyektlərin istismara verilməsi və uyğunluq sertifikatları ilə təmin edilməsi

 


Sizin CV formalarınızı bu ünvanda gözləyirik: personal@socar.com.ua